152 minə yaxın şagird I sinfə gedib

2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, onlardan 152 minə yaxını birinci sinfə gedir. 

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, 2022-2023-cü tədris ilinin ilk dərsi “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Leave a ReplyCancel reply