ÜDM istehsalı 5,8% artıb

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 84880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

TIME Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artıb.

ÜDM istehsalının 52,5 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manata bərabər olub.

Leave a Reply