DİM məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib

Dövlət İmtahan Mərkəzi Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin orta təhsil üzrə sektorda məsləhətçi vəzifəsinə ali təhsilli əməkdaş tələb olunur.

İxtisas tələbləri və digər şərtlər:

  • Aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

–   İnformatika müəllimliyi;

–   Riyaziyyat və informatika müəllimliyi.

  • Yeni təhsil proqramı (kurikulum) üzrə məlumatlı olmalıdır. 

Qulluq funksiyaları:

İnformatika fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üzrə tələb olunan işləri həyata keçirmək.

Dil biliklərinə dair tələblər:

  • ingilis dili – orta səviyyədə
  • rus dili – orta səviyyədə

Vakansiya üzrə müraciət etmək istəyən şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2022-ci il sentyabr ayının 20-dək test@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İnformatika” yazaraq göndərmələri xahiş olunur. 

Leave a Reply