Daha iki rayonda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Azəriqaz” İstehsalat Birliyi Lerik və Yardımlı sakinlərinə xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, sentyabrın 14-dü saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”, “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Leave a Reply Cancel reply