“Qarabağ” – “Nant” matçına böyük maraq müşahidə olunur

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – “Nant” (Fransa) futbol matçı sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu günə olan məlumata əsasən 21 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

“Qarabağ” – “Nant” (Fransa) matçı Bakı vaxtı ilə saat 20.45-də başlayacaq.

Leave a ReplyCancel reply