Azərbaycan güləşçiləri iki bürünc medal qazandı

Güləşçilərimiz Taleh Məmmədov və Həsrət Cəfərov bürünc medallar qazandılar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında yunan-Roma güləşində çıxış edən idmançımız Taleh Məmmədov (63 kq) üçüncü yer uğrunda erməni güləşçi Qraçya Poqosyanı 10:4 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

Daha sonra, digər güləşçimiz Həsrət Cəfərov ikinci bürünc medalı qazandı.

Yunan-Roma güləşində çıxış edən idmançımız Həsrət Cəfərov (67 kq) finalda Türkiyə təmsilçisi Murat Fıratı 8:2 hesabı ilə məğlub edərək bürünc medal qazandı!

Leave a Reply Cancel reply