Britaniyada matəmin birinci günü başlayıb

Böyük Britaniyada kraliça II Elizabetin vəfatı ilə əlaqədar matəmin birinci günü başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, matəmin müddəti rəsmi açıqlanmasa da, on iki gün davam edəcəyi gözlənilir.

Bu müddət ərzində ölkə ərazisində bayraqlar yarıya endiriləcək. Bir sıra idman və mədəniyyət tədbirləri təxirə salınacaq.

Dövlət bayraqları yalnız sentyabrın 10-da III Çarlzın kral elan edilməsi münasibəti ilə 24 saatlıq ucaldılacaq.

II Elizabetin dəfn gününün qeyri-iş günü elan olunacağı gözlənilir.

Xatırladaq ki, II Elizabet ötən gün Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib.

Leave a Reply Cancel reply