Türkiyənin Azərbaycan infrastrukturuna sərmayə qoyuluşunun artırılması müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın gücləndirilməsi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Azərbaycanın infrastruktur sahələrinə sərmayə qoyuluşunun artırılması barədə müzakirələr aparıb.

Leave a Reply Cancel reply