Tələbələr niyə təhsil kreditinlərindən yararlana bilmir?

Bu il 10 mindən artıq vətəndaşın tələbə kreditindən yararlanacağını proqnozlaşdırırıq.

TIME bildirir ki, elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bunu deyərək qeyd edib ki, digər bir istiqamət Təhsilin İnkişafı Fondunun yaradılması idi.

“Bu, maliyyə sahəsində çevikliyin təmin olunmasına imkan yaradıb. Biz bu fond vasitəsilə bu ildən müxtəlif böyük layihələrin icrasına başlayacağıq”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, dövlət tərəfindən ayrılan təhsil tələbə krediti iki kateqoriyaya aid olan tələbələr üçün nəzərdə tutulur: sosial qrupa aid olan qaçqın, məcburi köçkün, qazi və şəhid övladları və digər sosial həssas qruplara aid olanlar: standart qrupuna aid olan tələbələr hansı ki, buraxılış-qəbul imtahanlarında ən azı 250 ball toplayıb, təhsil haqqının 20% öncədən ödəyərək qalan hissəsini 20 illik müddətə kreditə götürə bilər.

Bu iki qrupa daxil olmayan tələbələr kommersiya banklarından illik 11-18% ilə müxtəlif məbləğdə və müddətə kreditlər ala bilərlər. Lakin bu kreditlərdən də heçdə bütün tələbələr yararlana bilmir. Bir çox hallarda tələbələr 18 yaşa çatmayan gənclərdir, onlar yaş məhdudiyyətinə görə çox az hallarda işə götürülür və banklarda kredit ala bilmirlər. Onların valideynləri isə bir çox hallarda tələb olunan məbləğdə kredit ala bilmirlər, çünki rəsmi olaraq minimal əmək haqqı alırlar.

Leave a Reply Cancel reply