Qablaşdırma şirkətlərinin idxaldan asılılığın azaldılması məsələləri müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  DVX-nin Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş  “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyi və qablaşdırma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri onlayn formatda keçirilib.

Görüşdə iştirakçıların səsləndirdiyi məsələlər, o cümlədən vergi uçotunda olmayan şəxslərdən mal alışı ilə bağlı elektron alış aktlarının tərtibi, ödəmə mənbəyində verginin tutulması, üzləşmə aktlarının tərtibi və sahə üzrə idxaldan asılılığın azaldılması istiqamətində təkliflər müzakirə edilib, vergi qanunvericiliyinin tətbiqi barədə suallar cavablandırılıb.

Dövlət-biznes əməkdaşlığının inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin mütəmadi olaraq davam etdiriləcəyi diqqətə çatdırılıb.

Leave a Reply Cancel reply