Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Minifutbol üzrə Azərbaycan çempionu “Beerbaşa” komandası EMF Çempionlar Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Beerbaşa” Rumıniyanın AEK (Oradya) komandasını 4:0 hesabı ilə məğlub edib. Qolları Elvin Əlizadə, Əyyub Əfəndiyev, Cəfər Cəfərov və Namiq Səmədov vurub.

Bununla da komanda 6 xalla B qrupunun lideri olub.

Qeyd edək ki, “Beerbaşa” ilk turda Çexiyanın “La Plate de Kunde” komandasına 1:2 uduzub. Azərbaycan çempionu daha sonra Bolqarıstanın “DXC Texnoloci” komandasını 5:1 hesabı ilə məğlub edib.

Leave a ReplyCancel reply