Azərbaycan İsveçin rəqəmsal transformasiya standartları ilə tanış olur

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTAND) nümayəndə heyəti İsveç Standartlar İnstitutunda (SIS) səfərdə oldular.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsi çərçivəsində təşkil olunan səfərdə İsveç Standartlar İnstitutunun (SIS) institusional strukturu, SİS-də  rəqəmsal transformasiya prosesi, marketinq siyasəti, standartların elektron satış sistemi və abunəlik prinsipləri, eləcə də standartlaşdırma üzrə işlərin və texniki komitələrin fəaliyyəti üçün nəzərdə tutulan texnoloji sistemlər, beynəlxalq standartların rəsmiləşdirilməsi proseduru və digər sahələr üzrə təcrübələr öyrənilib.

İsveç Standartlar İnstitutu (SİS) ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və standartlaşdırma sahəsində İsveç təcrübəsinin Azərbaycanda tətbiqi məqsədi ilə müvafiq fəaliyyətlər həyata keçiriləcək.

Leave a Reply Cancel reply