“107” sifariş xidmətinin fəaliyyəti dayandırılaraq nə ilə əvəz edilib?

Stasionar telefon vasitəsilə beynəlxalq, ölkədaxili və mobil danışıq xidmətlərindən istifadə qaydası artıq iyul ayından etibarən dəyişib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, artıq mobil danışıq xidmətlərindən istifadə etmək üçün stasionar telefondan “sıfır” kodunun, beynəlxalq danışıq xidmətindən istifadə etmək üçün “sıfır-sıfır” kodunun aktiv olması kifayət edir.

Bu kodları aktivləşdirmək üçün ərizə ilə yaşadığınız ünvan üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “155” Çağrı mərkəzinə müraciət edə bilərsiniz.

“Sıfır” kodunu yığdıqdan sonra zəng etdiyiniz şəxsin mobil operatorunun kodunu və nömrəsini yığaraq danışa bilərsiniz.

“Sıfır-sıfır” kodunu yığdıqdan sonra zəng etdiyiniz şəxsin ölkə kodunu və telefon nömrəsini yığaraq telefon ravbotəsi yarada bilərsiniz.

Qeyd edək ki, “Aztelekom” MMC göstərdiyi xidmətlərin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması məqsədilə ölkədaxili, mobil və beynəlxalq danışıq xidmətlərini sifariş əsasında göstərən “107” xidmətinin fəaliyyətini iyulun 6-dan etibarən dayandırıb.

Leave a Reply Cancel reply