“Qarabağ”ın Avropa Liqasında rəqibləri hansı klublardır?

İstanbulda 2022-23-cü il UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Püşkün nəticələrinə əsasən, Ağdam təmsilçisi G qrupunda yer alıb. “Qarabağ”ın rəqibləri “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Nant” (Fransa) klubları olub.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi sentyabrın 8-dən noyabrın 3-dək davam edəcək. “Qarabağ”ın oyun təqvimi qısa müddət sonra açıqlanacaq.

Leave a Reply