“AzərEnerji” kalonları Laçına daxil olub – VİDEO

Laçın şəhəri, Zabux və Sus Kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal “AzərEnerji” ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb.

Leave a Reply