Prezident İlham Əliyev Brüsseldə Nikol Paşinyanla görüşəcək – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-də Moskvada Ermənistanın Baş Naziri Nikol Paşinyan ilə görüşəcək.

TIME Haber Global-a istinadən bildirir ki, Azərbaycanın qazandığı zəfərdən sonra Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli saziş imzalanıb və atəşkəs bağlanılıb, lakin İlham Əliyevin əsas şərt kimi irəli sürdüyü sülh sazişinin bağlanılması tələbi hələdə yerinə yetirilməyib.

Moskvada keçiriləcək görüşdə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə ediləcək. Bir gün sonra isə, avqustun 31-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə İlham Əliyev və Nikol Paşinyan artıq dördüncü dəfə Brüsseldə görüşəcəklər. Brüsseldə ki, görüşdə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və sülh sazişinin imzalanması müzakirə ediləcək.

Qeyd edək ki, Ermənistan üçtərəfli memorandumun imzalandığından sonra üzürinə götürdüyü öhdəlikləri yerinə yetirmir və atəşkəsin pozaraq daim sərhəddə provokasiyalar yaradır.

Leave a Reply