Macarıstanın “Ludovika Alimləri Qonaq Mühazirə” proqramına qəbul elan edib

Macarıstanın “Dövlət Xidmətləri Universiteti” 2022/23-cü il tədris ili üçün “Ludovika Alimləri Qonaq Mühazirə” proqramına qəbul elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Macarıstanın Dövlət Xidmətləri Universiteti qonaq alimlərin (“Visiting Scholars”) universitetdəki tədris, tədqiqat və ekspert işləri ilə tanış edilməsi üçün müraciətlərini qəbul edir.

Qaliblər bir həftə ərzində mühazirə oxumağa, yerli fakültə və ya tədqiqat institutlarıtərəfindən təşkil olunacaq seminarlarda və peşəkar müzakirələrdə iştirak etməyə dəvət olunacaq.

Proqramın məqsədi Mərkəzi və Şərqi Avropadan olan akademik sahədə çalışan şəxslər, tədqiqatçılar və ekspertləri bir araya gətirərək ideya mübadiləsinə şərait yaratmaqdır.

Müddət: 24-30 oktyabr, 2022-ci il
Universitet: Macarıstan Dövlət Xidmətləri Universiteti
Sahələr: Yalnız seçilmiş sahələrdən müraciətçilər qəbul edir.
Ətraflı: keçid 1
Maliyyələşmə: təqaüd proqramı yataqxana, yaşayış xərci, yol xərci xərclərini əhatə
edir. Əlavə olaraq 1000 avro qonarar verilir.
Meyarlar: İngilis dili biliyi (C1);
Azərbaycan Respublikasının vətəndaşı olmaq;
Yuxarıdakı keçiddə adı çəkilən sahələrdə beynəlxalq səviyyədə tanınmış
tədris, tədqiqat və professional fəaliyyət;
Son müraciət tarixi: 31 avqust 2022-ci il
Müraciət / tələb
olunan sənədlər: Keçid 2; Keçid 3.

Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq keçidlərdə göstərildiyi qaydada
həyata keçirilir.

Leave a Reply