Bu il 2,7 min işsiz və işaxtaran şəxsi peşə kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 2,7 min nəfər işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan bir hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qurum tərəfindən 127 prioritet istiqamət üzrə peşə hazırlığı həyata keçirilir.

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmələrinə də şərait yaradılır.

Peşə hazırlığı müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də verilir. Kursların sonunda imtahanlardan uğurla keçən məzunlara sertifikatlar təqdim edilir və onların işlə təmin olunmalarına dəstək göstərilir.

Agentliyin Bakı, Gəncə şəhərlərində və Göyçay rayonunda müasir tələblərə uyğun peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir.

Ötən il Agentliyin Bakıdakı Peşə Hazırlığı Mərkəzinə beynəlxalq ISO sertifikatları təqdim edilib. Ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi olan Mərkəz fəaliyyətində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini də təmin edir.

Leave a Reply Cancel reply