Bərdədə istehlaka yararsız ət aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Həsənqaya kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Nemət Təvəkkül oğluna məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilən zaman iribuynuzlu heyvanın arxa ətrafında qapalı sınığın olduğu, kəsildikdən sonra isə daxili orqanlarının və heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 88 kq ət məhv edilib.

Agentlik qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Leave a Reply Cancel reply