Azərbaycanda istiqrazlar öhdəliklərlə bağlı yeni qaydalar hazırlanacaq

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarların öhdəliklərinə təminatın verilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sənədə əsasən İstiqrazlar üzrə sahibkarların öhdəliklərinə təminat verməsi qaydaları hazırlanacaq.

Fərmana əsasən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizmi üzrə, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə Fondun təminat verməsi qaydalarını beş ay müddətində təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Leave a Reply Cancel reply