Qaz təchizatındakı itkilərin artımı ilə bağlı açıqlama verilib – VİDEO

SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bəzi saytlarda qaz təchizatındakı itkilərin artımı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, itki azalması 85 milyon kubmetr və ya 2,5% təşkil etdiyini qeyd edib.  

Azəriqaz-ın rəhbəri itkilərin əsas hissəsi texniki səbəbdən baş verib: “Digər itkilər isə müdaxilə halları ilə, sayğacda yaranan problemlərlə bağlı olur. Müasir sayğaclar xüsusi parametrlər daxilində daha dəqiq işləyir, şəbəkədə dayanıqlıq az olduğu halda, təzyiqin artıb azalması nəticəsində həmin sayğaclarda ölçmə dəqiq aparılmaya bilər. İlin sonuna biz itkiləri 6%-dən aşağı səviyyəyədək azaltmağı planlaşdırırıq”.

Leave a Reply