Valideyn himayəsindən məhrum olan 28 ukraynalı uşaq Bakıda reabilitasiya kursu keçirlər

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçirlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, valideyn himayəsindən məhrum olan 7-17 yaş arası 28 uşaq Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində ilk olaraq pediatr müayinəsi, ümumi müayinələr də daxil olmaqla, laborator-instrumental müayinələrdən keçiblər.

Hazırda uşaqlar Mərkəzdə psixiatr və psixoloqlarla görüş keçirirlər. Tam müayinələr bitdikdən sonra ukraynalı uşaqlar fizioterapevt və reabilitoloq tərəfindən qəbul olunacaqlar. Fizioterapevtik müalicələrə ehtiyacı olanlar üçün müalicə kursu da təyin olunacaq.

Sanator-Kurort Reabilitasiya Mərkəzində uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Burada olduqları müddətdə onlara Azərbaycan xalqını və tarixinin əks etdirən yerlərə və mərkəzlərə də ekskursiyalar təşkil olunacaq.

Leave a Reply Cancel reply