İsmayıllı sakinləri körpünü qoyub, “şortik” davası edirlər – VİDEO

İsmayıllı rayonunun sakinləri meşəyə gəzintiyə gələn turistlərlə “şortik” (şort) geyinmələrinə görə mübahisə ediblər. Hadisənin video görüntüsü sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub, lakin müzakirə ediləcək əsas məsələ nəzərən qaçıb.

TIME bildirir ki, video görüntüdə turist meşədə şort ilə gəzməkdə azad olduğunu rayon sakinlərinə bildirdiyi anda kadra çayın üzərində müxtəlif materiallardan hazırlanmış kiçik amanabənd körpü düşüb.

Maraqlısı odur ki, turistlərin şortiklə meşədə gəzməyinə etiraz edən sakinlər hər gün istifadə etdikləri körpünün abalaşdırılması uğrunda heç bir tədbir görməyi düşünməyiblər.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərin Ismayıllı rayonunun Qalacıq kəndi yaxınlığında çəkildiyi və sakinlərin şort geyinən şəxslərin qarşısını kəsərək körpüdən keçməyə icazə vermədiyi bildirilir.

Leave a Reply Cancel reply