Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı dərc edilib

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, jurnalının bu nömrəsində ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Kitabçanı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Kitabçanın elektron versiyasını isə (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Leave a Reply Cancel reply