İltimas Məmmədov Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətində şöbə rəisi təyin olundu

Bir sıra saytlarda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi təyin olunan İltimas Məmmədov haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İltimas Məmmədov hazırda Xidmətdə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur və öz bilik, bacarıq və peşəkar təcrübəsindən səmərəli istifadə etməklə xidməti vəzifələrinin öhdəsindən məharətlə gəlir.

Baş Prokurorluq tərəfindən dəfələrlə media nümayəndələrinə müraciət edilərək rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş, təhrif olunmuş məlumatların yayılmaması xahiş olunsa da, təəssüf ki, bəzi media subyektləri tərəfindən peşəkar jurnalistika fəaliyyətinə riayət edilmədən bu növ məlumatlar yayılmaqdadır.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidməti media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatları yaymamağı xahiş edir.

Leave a Reply Cancel reply