Kənd sakini sirkə turşusu içərək ölüb

Türkoba kənd sakininin sirkə turşusu içməsi səbəbindən ölməsi faktı ilə bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

TIME Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən bildirir ki, avqustun 16-da, saat 21 radələrində Xızı rayon Türkoba kənd sakini, 1955-ci il təvəllüdlü Alı Rzayevin yaşadığı evdə sərxoş vəziyyətdə sirkə turşusu içməsi səbəbindən xəstəxanaya aparılarkən yolda ölməsi faktı ilə bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

Leave a ReplyCancel reply