Azərbaycanın ilk 5G operatoru olan “Azercell Telecom” şirkəti gələn aydan ən çox istifadə edilən mobil tətbiqlərinin tariflərini artırır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, sentyabrın 11-dən etibarən ən çox istifadə edilən “Bookmate”, “Busuu”, “Azercell Kids” tətbiqləri çərçivəsində göstərilən xidmətlərə yeni tariflər tətbiq ediləcək.

“Bookmate+” tətbiqinin qiyməti gündəlik xidmətlər üçün 0,23 manat, aylıq xidmətlər üçün 3,99 manat, hazırda aylıq xidmət tarifi 3.50 manat təşkil edir. Tarif artımı 12,3% təşkil edir.

“Busuu” tətbiqinin qiyməti gündəlik xidmətlər üçün 0,25 manat, aylıq xidmətlər üçün isə 3,50 manat təşkil edəcək, hazırda xidmətin aylıq tarifi 3 manat təşkil edir. Beləliklə xidmətin aylıq tarifi 14,3% artırılır.

Bundan əlavə, “Azercell Kids” gündəlik və aylıq xidmətlər üçün qiymət uyğun olaraq 0,40 manat və 5,99 manat olacaq, hazırda bu xidmətin aylıq tarifi 4.99 manat təşkil edir, yəni qiymət artımı 16,7% və ya 1 manat təşkil edəcək.

Şirkətin rəsmi məlumatında qeyd edilib ki, bütün qiymətlər ƏDV daxil göstərilib.