Azərbaycanın kikboksinq millisi növbəti medalını qazanıb

Azəbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan kikboksinq komandasının üzvləri Fərid Ağamoğlanov (63,5 kq, Full kontact) və Anar Məmmədov (57 kq, Low kik) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazandılar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, digər idmançılarımız Camal Məmmədov (54 kq, Full kontact) və Saqi Salehli (75 kq, Full kontact) gümüş, Amil Məmmədov (51 kq, Full kontact) və Ramiz Məmmədov (54 kq, Full kontact) isə bürünc medala layiq görüldülər.

Leave a Reply