Son zamanlar “Azercell Telekom” MMC adından bəzi abunəçilər saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, fırıldaqçıların şirkət adından abunəçilər ilə əlaqə
saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir.
“Müştərilərimizdən gələn müraciətlər əsasında Azercell şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı Azercell və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər-hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. Həmçinin, abunəçilərə vaxtaşırı SMS bildirişlərin göndərilməsi, eləcə də, Azercell-in rəsmi saytı və sosial şəbəkə səhifələrində məlumatların yerləşdirilməsi yolu ilə şirkətimiz tərəfindən
maarifləndirmə tədbirləri həyata keçirilir”.
Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi
və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq
üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:
- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat
almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun; - Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;
- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;
- Eləcə də, şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada
keçirilən müxtəlif oyun, yarışma və sairlərdən yararlanmayın; - gələn sms, whats app mesajlarındakı şübhəli linklərə keçid etməyin;
- Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən
istifadə edin:
Rəsmi satış kanalı: http://www.azercellim.com saytı;
Azercell Eksklüziv mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html ;
Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.
– Yarana biləcək hər-hansı sual ilə bağlı yalnız Azercell şirkətinin rəsmi əlaqə
vasitələrindən birinə müraciət edin:
- Online Müştəri Xidmətləri https://www.azercell.com/az/
- Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;
- Azercell Telefon Mərkəzi:
-Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa
nömrəsinə
-Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya
2002 qısa nömrəsinə.