Aviasiya Akademiyasının bəzi ixtisaslarını seçənlər müayinədən və müsabiqədən keçməyəcəklər

Bu il Milli Aviasiya Akademiyasının 050639 “Uçuş mühəndisliyi” və 050613 “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimindən öncə xüsusi tibbi və psixofizioloji müayinədən və “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən keçmələri tələb olunmur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, abituriyentlər ixtisas seçimi ərizələrində qeyd olunan ixtisasları göstərə bilərlər.

Lakin həmin ixtisaslara qəbul olmuş abituriyentlər MAA-nın 1-ci kursunda oxuduqları müddətdə xüsusi tibbi müayinədən və qabiliyyət müsabiqələrindən keçməlidirlər.

Xüsusi tibbi müayinəni və qabiliyyət müsabiqələrini müvəffəqiyyətlə keçən abituriyentlər təhsillərini tələbəsi olduqları ixtisaslarda davam etdirəcəklər. Xüsusi tibbi müayinəni və yaxud qabiliyyət müsabiqələrini keçə bilməyən tələbələrə isə təhsillərini başqa ixtisaslarda davam etdirmək seçimi təklif olunacaq. Bu barədə elan MAA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Leave a Reply