Leyla Abdullayeva: Ermənistan sülhə belə hazırlaşır?!

Azərbaycan Xarici İşləae Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Twitter hesabında Laçın şəhəri, Zabux və Sus kəndlərinin son görüntülərini paylaşıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, fotolarda Laçını və qey edilən kəndləri tərk edən ermənilərin törətdiyi yanğınlar göstərilib: “Görün Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən nə qalıb. Evlər dağılıb, yanıb. Meşələr yanıb, flora və faunaya ciddi ziyan dəyib. İnfrastruktur obyektləri dağılıb. Ermənistan sülhə belə hazırlaşır?!”, – deyə o fotolara şərhində qeyd edib

Leave a Reply Cancel reply