Azərbaycan İslamiadada növbəti qızıl medalını qazanıb

Azərbaycanın stend atıcıları Fuad Qurbanov və Nurlana Cəfərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medalını qazanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, cütlük skeet üzrə qarışıq komanda yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Nurlana Cəfərova skit reytinq yarışlarında İslamiadanın qalibi olub.

Leave a Reply