Bu il vergidaxilolmaları 73,2% artıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 3,9 milyard manat artıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İqtisaiyyat Nazırlıyı yanşnda Dövlət Vergı Xıdmətı 2022-ci ilin yanvar-iyul aylarında vergi daxilolmaları və digər ödəmələr haqqında məlumat yayıb.

Vergi daxilolmaları

2022-ci ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 136 milyon 62,5 min manat vergi daxil olub, proqnoza 108,7 faiz əməl edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 73,2 faiz və ya 3,9 milyard manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 181 milyon 192,9 min manat olub, proqnoza 101,1 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 56 milyon 785,9 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 35,9 faiz və ya 1 milyard 367 milyon 998,1 min manat artıb.

Sosial sığorta ödəmələri

2022-ci ilin yanvar-iyul aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 609 milyon 464,5 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz və ya 391 milyon 262,7 min manat artıb, proqnoz  44 milyon 238,1 min manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artaraq 1 milyard 647 milyon 115 min manat təşkil edib, proqnoz 101,6 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 90.9 milyon manat olub, proqnoz 104,9 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5 faiz artaraq 66,1 milyon manat təşkil edib, proqnoz 103,4 faiz icra olunub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artaraq 458,6 milyon manat olub, proqnoz 103,3 faiz yerinə yetirilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 52,8 faiz artaraq 311,6 milyon manat təşkil edib, proqnoz 101,8 faiz icra olunub.

Əmək müqavilələrinin sayı

3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 292,1 min vahid artıb və bu il avqust ayının 1-nə 1 milyon 694,1 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 261,1 min vahid artaraq 801,0 min olub.

Qeydiyyata alınmış vergi ödəyiciləri

2022-ci il avqust ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli illə müqayisədə 3,6 faiz artaraq 688.968 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 7,2 faiz artıb və  37.190 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 188.609-a çatıb.

Onlayn nəzarət-kassa aparatlarının tətbiqi

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 67.755 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13 milyard 229 milyon 241,6 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur. 

Leave a Reply Cancel reply