“Baktelecom” və “Aztelekom” internet tariflərini xəbərdarlıqsız artırıblar

“Baktelecom” MMC və “Aztelekom” MMC xıbırdarlıq etmədən avqust ayından etibarən GPON texnologiyası üzərindən göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini artırıblar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  qurumlar tarif artımını müasir dövrün texnoloji üstünlüklərinə əlçatanlığı təmin etmək məqsədilə GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik etdiklərini qeyd ediblər.

Yeni tariflər avqust ayının 6-dan tətbiq edildiyinə baxmayaraq istehlakçılar bu məlumatı, artıq faktla üzləşdikən sonra biliblər. Tarif və sürət artımı ilə bağlı rəsmi açıqlama avqustun 10-da qurumların saytında yerləşdirilib.

Tarif dəyişikliklərinə əsasən artıq sürəti 3-4 dəfə artırılmış internet ximətlərinin tarifi 5-6 manat artırlıb, lakin buna baxmayaraq göstərilən internet xidmətlərinin keyfiyyəti qənaətbəxş hesab etmək olmur, çünki həmişə olduğu kimi ara-sıra donmalar və kəsilmələr müşahidə olunur.

Dəyişiklərə əsasən “Baktelecom” və “Aztelekom” 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin etdiyini bildiriblər:

“Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülüb. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir.

Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60% daha az) ödəniş edirlər.

Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 12,5 AZN təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 AZN-dir. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 15,5 AZN təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 AZN-dir”, – deyə qurumların rəsmi məlumatlarında qeyd edilib.

Genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. Lakin bununla yanaşı, GPON texnologiyasının mənfi xüsusiyyətlərinə görə, modem söndürüldükdə, stasionar telefonunuzda sönür, yəni istifadəçi fasiləsiz telefon xidmətlərindən yaralanmaq istəyirsə gərək daim internet modemi işlək vəziyyətdə olsun, bu isə həm insan sağlamlığına, həmdə modemin özünə mənfi təsir göstərir.

Hər bir evdə stasionar telefon və internet ilə yanaşı ev sakini sayı gədər fasiləsiz işləyən mobil qurğu olduğunu nəzərə alsaq insan səhhətinə vurulan zərər bir neçə dəfə artmış olur, əsasəndə çoxmənzilli bina evlərində.

Leave a Reply