Tədris xarici dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq üçün məktəb seçimi başlanıb

Avqustun 11-də tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi prosesinə başlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, valideynlər məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Leave a Reply