Rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə “Patologiya (Patoloji anatomiya)” adlı vəsait nəşr edib

Vəsait patologiya (patoloji anatomiya) üzrə Azərbaycan Tibb Universitetinin tədris proqramı və DİM-in rezidenturaya qəbul proqramı əsasında hazırlanıb. Vəsait 2 hissədən ibarətdir: ümumi və xüsusi patologiya.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, kitabın birinci hissəsində xəstəliklərin inkişafı zamanı ümumi patoloji dəyişikliklər ətraflı təsvir edilir. İkinci hissədə isə müxtəlif üzv və sistemlərin xəstəlikləri, eləcə də infeksion xəstəliklər, prenatal və perinatal patologiyalar verilib. Vəsaitdə patoloji anatomiya üzrə müasir məlumatlar, 163 şəkil və 24 cədvəl öz əksini tapıb. Vəsaitdən əsas (baza ali) tibb təhsili verən universitetlərin tələbələri, rezidenturaya hazırlaşanlar, eləcə də həkimlər istifadə edə bilərlər. 

Vəsaiti “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Leave a Reply