Azərbaycanda 42 dərəcəyədək isti olacaq

Yaxın bir həftə ərzində Azərbaycan ərazisində 42 dərəcəyədək isti hava olacağı proqnozlşdırılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, avqustun 11-dən 18-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-37° isti, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-39°, Mərkəzi – aran və Naxçıvan MR-nın bəzi yerlərində 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.

Leave a Reply