Azərbaycanın ən iri palçıq vulkanlarından biri püskürüb – VİDEO

Dünya üzrə mövcud olan palçıq vulkanlarının 30% Azərbaycanda, əsasən Ağşeronda yerləşir. Bu gün Lökbatanda yerləşən ən iri palçıq vulkanlardan biri növbəti dəfə püskürüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qeyd edilən palçıq vulkanı ilk dəfə 1829-cu ildə, son dəfə isə 2018-ci ildə püskürüb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat ximətindən verilən məlumata əsasən, vulkan püskürməsi sırf litosferdə baş verən proseslərlə bağlıdır və bu təbii haisəni proqnozlaşdırmaq mümkün deyil.

“Vulkan püskürməsi seysmik aktivlik, zəlzələ ilə bağlı ola bilər. Biliyiniz kimi bizim mərkəz 20 yeni seysmoloji stansiya alıb və onlardan 12-si artıq Apşeronda quraşdırılıb, lakin tam işə salınmayıb, buna görədə biz bu gün dəqiq deyə bilmərik ki, vulkan püskürməsinə təkan verən hər hansı zəlzələ olub”,- deyə qurumda qeyd eiblər.

Palçıq vulkanın püskürməsi bu gün səhər yerli vaxtla 09:36-da Lökbatanda baş verib. RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun məlumatına görə, palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi  h-3, püskürmənin davamlılığı 5 dəq. 12 san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107  təyin olunub. 

Lökbatan palçıq vulkanının episentr xəritəsi 

Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan və Qusar seysmik stansiyalarında qeydə alınıb. 

Lökbatan vulkanının dalğa forması 

Leave a Reply Cancel reply