İslamiada: Azərbaycan daha iki medalı təmin edib

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları növbəti medaları qazanıblar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Taekvondoçu Patimat Abakarova (49 kq) nigeriyalı Farida Saumana qalib gəlməklə yarımfinala yüksəlib. Bununla da o, minimum bürünc mükafat qazanmağı təmin edib.

Digər, taekvondoçumuz Fəridə Əzizova (67 kq) Qazaxıstan idmançısı Fenuza Yengeşovaya qalib gəlməklə yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycan yarışın ilk 5 günü ərzində 4 medal qazanıb. Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopelyo (atletika, üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) bürünc medala sahib çıxıb. Bu nəticə ilə Azərbaycan medal sıralamasında 9-cu yerdədir.

Leave a Reply Cancel reply