İşə düzəltmək adı ilə kartlardan pul oğurlayan dəstə saxlanılıb – VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində daha bir dəstənin üzvləri saxlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, cinayətkar dəstə bank kartlarındakı pul vəsaitlərinin talaması ilə məşğul olub.

Cinayətkarlar işə düzəltmək adı ilə vətəndaşlardan şəxsi məlumatları alaraq 500 manatdan 6 min manatdək vəsaitin müxtəlif kartlara köçürüblər, sonra isə nömrələrini bloklayaraq zərərçəkmişlərlə əlaqəni kəsiblər.

Leave a Reply Cancel reply