İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri avqustun 10-da başa çatıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər yola saldılar.

Leave a Reply Cancel reply