Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələr fəsadlar yaradıb

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti sərnişinlərə xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.

Hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.

Leave a Reply Cancel reply