Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində memorandum imzalanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Türkiyə Respublikası İzmir Katib Çələbi Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, memoranduma əsasən, tərəflər arasında balıq xəstəlikləri sahəsində prioritet məsələlərdə birgə elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi üçün əməkdaşlıq və bu layihələrin nəticələrinin tətbiqi nəzərdə tutulur. Yaradılacaq ortaq işçi qrupu Anlaşma Memorandumu çərçivəsində hazırlanacaq elmi tədqiqat layihələrinin mövzu və məzmununu da müəyyən edəcək.

Bilik və təcrübə mübadiləsi çərçivəsində Azərbaycan Respublikasında balıqçılıq sahəsindəki qanunların təhlil edilməsi, AQTİ ilə təcrübə mübadiləsi və texniki informasiya dəstəyinin verilməsi, AQTİ tərəfindən müəyyən edilmiş iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı məhsullarında zərərli orqanizmlər üzrə risk analizlərinin aparılması, eləcə də digər fəaliyyətlər nəzərdə tutulur. Həyata keçiriləcək layihələr çərçivəsində elmi ədəbiyyat, informasiya, texnologiya və metodologiyaların qarşılıqlı şəkildə paylaşılması və mübadiləsi də planlaşdırılır.

Leave a ReplyCancel reply