Sabahdan hava dəyişəcək

Avqustun 10-u gündüzdən 15-dək ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi rayonlarda 15-18 m/s, ayrı-ayrı şərq rayonlarında isə arabir 20 m/s olacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sabah avqustun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq, şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq.  Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Leave a Reply Cancel reply