Krımda aviabaza yaxınlığında güclü partlayışlar olub- ölən və xəsarət alanlar var – VİDEO

Krım aerodromunda baş verən partlayışlar nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Xəsarət alanlar lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb. Rusiya Müdafiə Nazirliyi Krımın Novofedorovka rayonundakı Saki aerodromunun ərazisində bir neçə aviasiya sursatının partladıldığını bildirib.

Aviasiya texnikasına ziyan dəyməyib. Partlayışlar Novofyodorovka qəsəbəsi yaxınlığında qeydə alınıb. 

Saks rayonu administrasiyası rəhbərinin müavini Viktoriya Kazimirova da bölgədəki aerodromda partlayışlar olduğunu vurğulayıb.

Leave a Reply Cancel reply