Kafedə alkoqollu içkilər içən uşaqların valideynləri hara baxır? – VİDEO

Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbərim Kəmalə Ağazadə bu gün sosial şəbəkə istifadəçilərinin haqlı narazılığına səbəb olan video görüntülər paylaşıb.

TIME bildirir ki, aşağıda təqdim etdiyimiz videoçarxda 8-10 yaşlarında uşaqlar kafedə spirtli içkilər içirlər. Görübüyü kimi məkanın sahibi uşaqlara heç bir maneə etmədiyinə görə uşaqlar çox rahat şəkildə “əylənirlər”.

Sosial şəbəkə istifadəçiləri vieonun şərhində kafelərə nəzarətin gücləndirməsinə çağırırlar. Qeyd edək ki, kafe personalının yeniyetmə və uşaqların sifarişlərinə nəzarətin güclənirilməsinədə ehtiyac var.

Eyni zamanda, energetiklərin, spirtli içkilərin, veyplərin, siqaretin, narkotiklərin sosial şəbəkələrdə uşaqlara üstü örtülü reklamınında qarşısının alınması üçün tədbirlərin görülməsi məqsədə uyğun olardı.

Nəzər yetirsəniz görərsiniz ki, Facebook, İnstaqram, TikTok kimi yeniyetmələr və gənclər arasında məhşur olan sosial şəbəkələrdə saysız hesabsız video çarxlar var ki, hansı ki, uşaqların qəlyan, siqaret, veyp çəkməlirini göstərir, narkotikən və spirtli içkilərdən istifadəni, müasir həyat tərzi adı altında, polulyarlaşdırmaq məqsədi daşıyır.

Uşaqların və yeniyetmələrin zərərli vərdişlərə meyl etməsinin qarşısının alınmasında məktəblərin və valideynlərin maarifləndirmə işinində böyük rolu var.

Leave a Reply Cancel reply