Dezinfeksiya işləri kütləvi zəhərlənmə ilə yekunlaşdı

 Baş Prokurorluq Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş vermiş zəhərlənmə faktı ilə bağlı araşdırma aparır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri nəticəsində 12 nəfərin yüngül dərəcədə zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, yerli media qurumlarının yayadığı məlumatlara əsasən, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində – Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.

Zəhərlənən şəxslərə orta və yüngül dərəcəli zəhərlənmə diaqnozu qoyulub. Zəhərlənənlər tibbi müayinə olunublar və səhhətləri stabildir.

“Xəstəxanada dezinfeksiya işlərini bizə tabe olmayan qurum aparıb. Ona görə də zəhərlənmənin niyə baş verdiyini dəqiq bilmirik. Hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Tibb müəssisəsindən, həmçinin qeyd edilib ki, zəhərlənənlər arasında həkim yoxdur: “Onlar orta və kiçik tibb işçiləridir”.

Leave a Reply Cancel reply