Cənubi Koreyada güclü leysan nəticəsindəölən və itkin düşənlər var

Cənubi Koreyanın paytaxtı Seulda və ona bitişik ərazilərdə son 80 ilin ən güclü leysanı nəticəsində yeddi nəfər həlak olub, daha altı nəfər itkin düşüb.

Xarici mətbuatın verdiyi məlumatlara əsasən, doqquz nəfər xəsarət alıb. Leysan səbəbindən dəmiryolu əlaqəsi kəsilib, bir neçə metro stansiyası su altında qalıb, yollar bağlanıb.

Cənubi Koreyanın Meşə Xidməti ölkə üzrə 47 şəhər və rayon üçün sürüşmə xəbərdarlığı edib.

Leave a Reply Cancel reply