Babadağda həlak olan Mübariz Məmmədovun meyiti tapılıb

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparılıb.

Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Leave a Reply