Azərbaycan idmançısının qazandığı medalın əyarı dəqiqləşib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Oyunlarında taekvondo yarışlarının ilk günü Azərbaycanın bürünc medal qazanması müəyyənləşib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 58 kq çəki dərəcəsində yarışan Həşim Məhəmmədov yarımfinaladək yüksələrək bürünc medalla kifayətlənib.

Bununla da Azərbaycanın İslamiadada qazandığı medalların sayı 2-yə çatıb. Azərbaycan medal sıralamasında 1 qızıl və 1 bürünclə 8-cidir.

Leave a Reply Cancel reply